SİYASƏT


Avstraliyadakı diaspor təşkilatımız Yeni Cənubi Uels ştatının parlamenti ilə əlaqələri genişləndirir

Tokio, 6 iyul, AZƏRTAC

Avstraliyanın Yeni Cənubi Uels ştatında fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) bu ştatın parlamenti ilə əməkdaşlıq əlaqələrini genişləndirir.

Bu barədə AZƏRTAC-a AAA-nın sədri Mikayıl Oyta məlumat verib.

Assosiasiyanın sədri bildirib ki, parlamentin deputatı Mayk Frilenderlə görüşdə qarşılıqlı fəaliyyətin istiqamətləri ilə bağlı müzakirələr aparılıb. Görüşün nəticəsi olaraq tərəflər arasında dostluq və əməkdaşlıq haqqında memorandum imzalanıb. Parlamentin deputatının ofisində keçən görüşdə Avstraliyanın Şərqi Asiya İcma Şəbəkəsinin rəhbərliyi də iştirak edib.

Ştat parlamentinin digər deputatı Pol Linçlə keçirilən görüş zamanı isə ölkələrimiz arasında münasibətlər, Azərbaycan icmasının fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Diaspor təşkilatının sədri Azərbaycan icmasının və ştat parlamentinin üzvlərinin qatıldığı dostluq qrupunun yaradılması barədə təkliflə çıxış edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.