DÜNYA


Avstraliyalı alimlər yeni koronavirusu yetişdirməyə nail olublar

Tokio, 29 yanvar, AZƏRTAC

Avstraliyanın Doerti İnstitutunun alimləri yeni koronavirusu yetişdirməyə nail olublar. AZƏRTAC Melburnda yerləşən həmin elmi institutun saytına istinadla xəbər verir ki, bu, yeni koronavirusla mübarizə üçün beynəlxalq laboratoriyaların mühüm informasiya əldə etməsinə şərait yaradacaq.

İnstitutdan bildirilir ki, virus xəstələrdən birindən götürülmüş nümunə əsasında yetişdirilib. Bu, yeni koronavirusun Çindən kənarda hazırlandığı ilk haldır.

İnstitutun saytında yerləşdirilmiş məlumatda vurğulanır ki, yeni koronavirusun nümunəsinin yetişdirilməsi analiz zamanı bütün üsullardan istifadə etməyə, virusun bütün özəlliklərini aydınlaşdırmağa şərait yaradacaq ki, bu da öz növbəsində diaqnostikada mühüm irəliləyişə təkan verəcək.

Həmin virusdan Avstraliyada istifadə etməklə yanaşı, onun Dünya Səhiyyə Təşkilatının laboratoriyalarına göndərilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, yeni koronavirusun yayılması nəticəsində Çində artıq 132 nəfər vəfat edib, 6 min nəfərin ona yoluxduğu bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.