Avstraliyalı mütəxəssislər yaşlı və əlil insanlara ikinci “buster” dozanı tövsiyə ediblər
AzerTAg.az

Tokio, 25 mart, AZƏRTAC
Avstraliyanın 65 yaşdan yuxarı sakinlərinə, ahıllar evində yaşayanlara, immun çatışmazlığı olan xəstələrə və 50 yaşdan yuxarı aborigenlərə ilk “buster” dozadan üç ay sonra ikinci dozanı qəbul etmələri tövsiyə olunur.
AZƏRTAC xəbər verir ki, martın 25-də bu barədə tövsiyə ilə Avstraliya hökuməti yanında immunizasiya üzrə dövlət texniki məsləhət qrupu (ATAGI) çıxış edib.
Mütəxəssislərin rəyinə görə, ikinci “buster” dozanın qəbulu yaşıl qitədə iyunda başlayacaq qış fəsli zamanı vətəndaşların bəzi qruplarının immunitetini gücləndirməyə və COVID-19-a yoluxma riskini azaltmağa xidmət edəcək. Həmçinin mütəxəssislər qrupu vətəndaşlara ikinci “burster” dozanın vurulmasına aprelin 1-dən, ölkədə qripə qarşı peyvəndlərin vurulmağa başladığı gündən başlamağı tövsiyə ediblər.
Avstraliya Səhiyyə Nazirliyinin son məlumatlarına görə hazırda ölkədə koronavirusa qarşı peyvəndin cəmi bir dozasını alanlar əhalinin 12 yaşdan yuxarı hissəsinin 96 faizini, tam peyvənd olunanlar isə əhalinin 94,1 faizini təşkil edir. Əhalinin 57 faizinin ilk “buster” dozanı qəbul etdiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Xəbərin mətnində orfoqrafik səhv var