Avstraliyanın Baş naziri Sakit okeanın cənubuna səfərə çıxıb
AzerTAg.az
Tokio, 16 yanvar, AZƏRTAC
Avstraliyanın Baş naziri Skott Morrison Sakit okeanın cənubunda ada dövlət olan Vanuatuya səfər edib.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Avstraliya ilə yaxın qonşular arasında əlaqələrin möhkəmləndirilməsidir. Avstraliya liderinin son 30 ildə Vanuatuya baş tutan ilk səfəri Çinin həmin regiona artan marağı fonunda baş verir.
Vanuatunun Baş naziri Şarlo Salvai infrastruktur, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və iqlim dəyişmələri ilə əlaqədar göstərilən yardıma görə Avstraliyaya minnətdarlığını bildirib.
S.Morrison bildirib ki, Avstraliya hökuməti Sakit okean regionunu dirçəltməyə hazırlaşır.
Avstraliya Baş nazirinin Vanuatudan sonra, yanvarın 17-də Ficiyə yola düşəcəyi gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio


Xəbərin mətnində orfoqrafik səhv var