DÜNYA
Avstraliyanın Melburn şəhərində gecə klubunda atışma olub
Tokio, 14 aprel, AZƏRTAC
Aprelin 14-nə keçən gecə Avstraliyanın Melburn şəhərindəki “Love Machine” adlı gecə klubunda baş verən atışma nəticəsində dörd nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Viktoriya ştatı polisinin yaydığı məlumatda bildirilib. Xəsarət alan şəxslər dərhal xəstəxanaya çatdırılsa da, onlardan biri ölüb. Digərlərinin vəziyyətinin ağır olduğu qeyd edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları baş verən hadisə ilə bağlı araşdırmalara başlayıblar. Şəxsiyyəti hələlik müəyyən edilməyən cinayətkarın qara rəngli “Porsche” avtomobili ilə hadisə yerindən uzaqlaşdığı bildirilir. Həmin avtomobil sonradan yanmış vəziyyətdə aşkarlanıb.
Polis yerli sakinlərə müraciət edərək, atəş açmış şəxsin tapılmasına yardım göstərmələrini xahiş edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]