DÜNYA


Avstraliyanın “Qantas” aviaşirkəti ən uzaq məsafəyə uçuş üzrə rekordu təzələyib

Tokio, 15 noyabr, AZƏRTAC

Avstraliyanın “Qantas” aviaşirkəti kommersiya aviasiyası tarixində ən uzaq məsafəyə birbaşa uçuş üzrə rekordu yeniləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Bildirilir ki, Londonun “Hitrou” hava limanından noyabrın 14-də qalxan təyyarə ayın 15-də Sidney aeroportuna enib.

“Yeni “Boeing 787 Dreamliner” təyyarəsi 19 saat 19 dəqiqədən sonra yerli vaxtla saat 12:28-də Sidneyə çatıb”, - deyə məlumatda qeyd edilir. Təyyarənin ümumilikdə 17,7 min kilometr məsafəni qət etdiyi bildirilir ki, bu da öz növbəsində növbəti rekorddur.

Qeyd edək ki, bu, Avstraliyanın şərqində yerləşən şəhərlər üçün yeni istiqamətlərin açılmasını nəzərdə tutan “Sunrise-Qantas” layihəsinin ikinci uzaqməsafəli uçuşudur. Cari il oktyabrın sonlarında “Qantas” aviaşirkətinə məxsus digər “Boeing 787” sərnişin təyyarəsi Nyu-Yorkdan Sidneyə olan məsafəni 19 saat 16 dəqiqəyə başa vurmuşdu.

Əlavə olaraq bildirilir ki, Londondan Sidneyə uçuş zamanı təyyarənin göyərtəsində Avstraliyanın bir sıra tədqiqat mərkəzlərinin və universitetlərin mütəxəssisləri, həmçinin sıravi vətəndaşlar olub. Yaxın gələcəkdə şirkətin ölkənin şərq sahillərinə doğru daha bir uzaqməsafəli uçuşu həyata keçirəcəyi gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.