DÜNYA


Avstraliyanın “Qantas” aviaşirkəti noyabrın 23-dən beynəlxalq reysləri bərpa edəcək

Tokio, 22 oktyabr, AZƏRTAC

Avstraliyanın aparıcı “Qantas” aviaşirkəti noyabrın 23-dən beynəlxalq aviareysləri bərpa edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb. İlkin olaraq Sidney ilə Sinqapur arasında aviareysin bərpası nəzərdə tutulur.

Bildirilir ki, beynəlxalq reyslərin bərpa edilməsi barədə plan Avstraliya hökumətinin və Yeni Cənubi Uels ştatı hökumətinin noyabrın 1-dən beynəlxalq sərhədlərin açılması və tam vaksin olunmuş vətəndaşlar üçün karantinin ləğv olunması barədə qərarlarının qəbulundan sonra meydana gəlib.

Mətbuat xidmətinin açıqlamasında deyilir: “Bu qərar pandemiya səbəbindən “Qantas”ın işdən kənarlaşdırılan əməkdaşlarının yenidən sıraya qayıtmasına səbəb olacaq”. Aviaşirkətdən, həmçinin bildirilib ki, bu təqribən 22 min nəfərin dekabrın əvvəllərində işə geri dönməsi deməkdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.