SİYASƏT


Avstraliyanın Yeni Cənubi Uels ştatının deputatı Dağlıq Qarabağda keçirilmiş saxta “seçkilər” barədə məlumatlandırılıb

Kanberra, 10 aprel, AZƏRTAC

Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) Yeni Cənubi Uels ştatı parlamentinin üzvü Hyu MakDermotu martın 31-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni separatçıları tərəfindən keçirilmiş saxta “seçkilər” barədə məlumatlandırıb.

Bu barədə AZƏRTAC-ın Avstraliya üzrə xüsusi müxbirinə AAA-nın rəhbəri Mikayıl Oyta məlumat verib.

Diaspor təşkilatımızın sədri bildirib ki, məqsəd saxta “seçkilər” barədə deputatı ətraflı məlumatlandırmaqdan və dünya ictimaiyyətini aldatmağa yönəlmiş erməni siyasətinin mahiyyətini onun diqqətinə çatdırmaqdan ibarətdir.

AAA tərəfindən Hyu MakDermota ünvanlanan məktubda deyilir: “Məktubu yazmaqda məqsədimiz bu yaxınlarda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qeyri-qanuni “seçkilər” barədə sizi məlumatlandırmaqdır.

Bildiyiniz kimi, 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində erməni silahlıları tərəfindən 1 milyondan çox azərbaycanlı Ermənistandakı və əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağdakı öz doğma evlərindən qovulublar. Həmçinin 100 mindən çox erməni regionda etnik üstünlük yaratmaq məqsədilə Dağlıq Qarabağa köçürülüb”.

Məktubda beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən BMT Baş Assambleyası tərəfindən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin pislənildiyi barədə də bəhs olunub. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamənin qəbul edilidiyi də öz əksini tapıb.

Avstraliyalı deputata müraciət edən diaspor təşkilatımızın sədri onu bütün beynəlxalq standartları pozan bu saxta “seçkiləri” pisləməyə çağırır. Vurğulayır ki, həmin regionda ədalətli seçkilər yalnız Dağlıq Qarabağın işğalına son qoyulduqdan və azərbaycanlı qaçqınlar öz doğma evlərinə qayıtdıqdan sonra mümkün ola bilər.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kamberra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.