SİYASƏT


Avstraliyanın aparıcı SBS telekanalı Ermənistan Ordusunun Gəncə şəhərinə raket hücumu barədə məlumat yayıb

Kanberra, 17 oktyabr, AZƏRTAC

Avstraliyanın aparıcı SBS televiziya kanalının “World News” axşam buraxılışında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması və dinc sakinləri qətlə yetirməsi barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, verilişdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov, diaspor fəalları Cesika Oyta və Şəmsəddin Necadi tamaşaçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, həmçinin Xocalı soyqırımı barədə də geniş məlumatlandırıblar.

Qeyd ediblər ki, ötən əsrin 90-cı illərində keçmiş SSRİ-nin dağılması nəticəsində yaranan qarışıqlıqdan istifadə edən ermənilər xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal ediblər. Münaqişənin həlli ilə bağlı ATƏT-in 1992-ci ildə yaradılmış Minsk qrupunun iştirakı ilə davam edən danışıqlar heç bir nəticə verməyib. Əksinə, yaranmış şəraitdən istifadə edən Ermənistan Azərbaycanın digər ərazilərini də işğal etmək fikrinə düşüb. Sentyabrın 27-də Ermənistan ordusu tərəfindən törədilən növbəti təxribata cavab olaraq Azərbaycan ordusu əks-hücuma keçib. Oktyabrın 10-dək davam edən döyüşlər nəticəsində bir sıra ərazilər işğaldan azad edilib. Rusiya rəhbərliyini xahişi ilə tərəflər arasında humanitar atəşkəs elan olunsa da ermənilər bundan istifadə edərək Azərbaycan şəhərlərini raket hücumuna məruz qoyurlar. Buna misal olaraq, cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə edilən raket hücumları nəticəsində onlarla insan, əsasən də qadınlar və uşaqlar həlak olub, xeyli insan yaralanıb.

Vurğulanıb ki, beynəlxalq ictimaiyyət, xüsusən sülhsevər Avstraliya əhalisi təcavüzkarı dayandırmaq, onun insanlığa qarşı yönələn əməllərini pisləməlidirlər.

Verilişdə ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilər Xocalı şəhərində törətdiyi soyqırımı barədə də ətraflı məlumat verilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kanberra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.