DÜNYA
Avstraliyanın cənub-şərqində meşə yanğınları tüğyan edir
Tokio, 16 avqust, AZƏRTAC
Avstraliyanın cənub-şərqində yerləşən Yeni Cənubi Uels ştatında tüğyan edən meşə yanğınlarını söndürmək üçün 650 yanğınsöndürən, təyyarələr və helikopterlər cəlb edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidmətinin “Twitter” səhifəsində məlumat yayılıb.
Qeyd edilir ki, ştatın ərazisində 81 yanğın nöqtəsi qeydə alınıb və bunlardan 38-ni hələlik lokallaşdırmaq mümkün olmayıb.
Xidmətdən bildirildiyinə görə, güclü külək yanğının söndürülməsinə ciddi çətinliklər yaradır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [21:38]
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 18.04.2024 [21:25]
Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib
- 18.04.2024 [21:00]
Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir
- 18.04.2024 [20:29]
Türkiyədə zəlzələ olub
- 18.04.2024 [19:30]
Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 18.04.2024 [19:29]
Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb
- 18.04.2024 [19:24]
Gürcüstanda torpaq sürüşməsi baş verib
- 18.04.2024 [17:06]