DÜNYA


Avstraliyanın koronavirus üzrə tənzimləyicisi 5-11 yaşlı uşaqlar üçün “Pfizer” peyvəndinin tətbiqini bəyənib

Tokio, 5 dekabr, AZƏRTAC

Avstraliyanın Terapevtik Məhsullar Üzrə Dövlət İdarəsi (TGA) 5-11 yaşlı uşaqlara ABŞ və Almaniyanın “Pfizer və BioNTech” şirkətlərinin peyvəndinin vurulmasına razılıq verib.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 5-də TGA-nın saytında yerləşdirilən məlumatda bildirilir.

Qeyd edilir ki, TGA peyvəndin hər iki dozasının uşaqlara üç həftəlik fasilə ilə vurulmasını tövsiyə edir. Peyvəndin dozasının yeniyetmələrə vurulduğundan iki dəfə az olacağı da qeyd edilir. Bu yaşda olan uşaqlar üçün nəzərdə tutulan peyvəndlərin narıncı rəngdə qutularda daşınması qərara alınıb.

Avstraliya hökuməti peyvəndin vurulmasına 2022-ci il yanvarın 10-dan başlamağı nəzərdə tutur. Həmin vaxtadək bu yaş qrupu üçün “Pfizer” peyvəndinin vurulması ilə bağlı kliniki tövsiyələrin hazırlanacağı bildirilir. Hökumət strukturları 2,2 milyon uşağa peyvənd vurulmasını planlaşdırır.

Əlavə olaraq qeyd edək ki, 25,6 milyon əhaliyə malik olan Avstraliyada son məlumatlara görə 216 min 578 yoluxma halı qeydə alınıb. Onlardan 2043-nün həyatını itirdiyi bildirilir. Bu ölkədə peyvəndin vurulmasının sürəti də bütün dünya üzrə nümunə hesab olunur. Belə ki, burada əhalinin 88 faizinin hər iki doza, 92,8 faizinin isə bir doza peyvənd aldığı qeyd edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.