İQTİSADİYYAT


Avstraliyanın mədənçiləri “Filizçay” yatağına maraq göstərirlər

Bakı, 19 oktyabr, AZƏRTAC

Avstraliyanın mədənçiləri Balakəndə yerləşən “Filizçay” yatağına maraq göstərirlər.

“AzerGold” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 18-dən start götürən Azərbaycan-Avstraliya biznes- forumu çərçivəsində Bakıda səfərdə olan Avstraliyanın mədən şirkətlərinin nümayəndələri və bu ölkədən olan biznesmenlər “AzerGold” QSC-də olub, cəmiyyətin rəhbərliyi ilə görüşüb, tərəflər arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə Avstraliya-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti, “Hammond Legal” şirkətinin sahibi John Hammond, “Caravel Minerals” və “Forsys Metals” şirkətlərinin rəhbəri Marsel Hilmer, Avstraliya Maliyyə Qrupunun icraçı direktoru Brett McKeon, Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva, “AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov və cəmiyyətin digər rəhbər şəxsləri və aidiyyəti nümayəndələri iştirak ediblər.

Tərəflər qarşılıqlı əməkdaşlıq məsələlərini – bu ölkənin təcrübəsindən “AzerGold” QSC-nin faydalanması imkanlarını ümumi müzakirə ediblər. Görüş zamanı qonaqlar resurs potensialına görə Avropada ikinci, dünyada ilk onluğa daxil olan “Filizçay” yatağına da böyük diqqət göstərib, Balakən rayonunda yerləşən yataqda aparılan işlərlə maraqlanıb.

Cəmiyyətlə Avstraliya şirkətləri arasında görüşlərin davam etdirilməsi, Azərbaycan təmsilçilərinin də Avstraliyaya səfər edərək bu ölkənin mədənçilik sahəsi ilə əyani tanış olması barədə ilkin razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.