DÜNYA


Avstraliyanın yeni Baş naziri andiçmədən dərhal sonra Tokioya yollanacaq

Tokio, 22 may, AZƏRTAC

Parlament seçkilərində qələbə qazanan Avstraliya Leyboristlər Partiyasının (ALP) sədri Entoni Albanezin mayın 23-də andiçmə mərasimi keçiriləcək.

AZƏRTAC ABC telekanalına istinadla xəbər verir ki, mərasimdən sonra yeni Baş nazir dərhal Tokioya səfər edəcək.

Qeyd edilir ki, mayın 23-də E.Albanezlə yanaşı, yeni xarici işlər naziri Penni Vonq, maliyyə naziri Keti Kallaher, Baş nazirin müavini Riçard Marlz və iqtisadiyyat naziri Cim Çalmers də and içəcəklər.

Telekanalın məlumatına əsasən, yeni Baş nazirin və xarici işlər nazirinin mərasimdən dərhal sonra Tokioya - ABŞ, Yaponiya və Hindistan liderlərinin iştirakı ilə keçiriləcək QUAD ölkələrinin dövlət başçılarının görüşünə yollanacağı planlaşdırılır. Digər nazirlər isə hakimiyyətin son doqquz ildə hökumətə başçılıq etmiş Avstraliya Liberallar Partiyası ilə Avstraliya Milli Partiyasının koalisiyasından ALP-yə ötürülməsini təmin edəcəklər.

Xatırladaq ki, mayın 21-də Avstraliya parlamentinin aşağı palatasına keçirilən seçkilərdə bülletenlərin 70 faizinin sayılmasından sonra 2013-cü ildən müxalifətdə olan ALP Nümayəndələr Palatasında azı 77 yer qazanıb. Avstraliya Liberallar Partiyası 54 yer, müstəqil namizədlər isə 10 yer əldə edə biliblər.

Avstraliya qanunvericiliyinə əsasən, seçkilərdə qələbə üçün parlamentin aşağı palatasındakı 151 yerdən azı 76-nı qazanmaq lazımdır. Bu nəticə həmin partiyanın sədrinə Baş nazir vəzifəsini tutmaq və öz fraksiyasının üzvlərindən hökuməti formalaşdırmaq imkanı yaradır.

Avstraliya Liberallar Partiyasının sədri Skott Morrison məğlubiyyətlərini etiraf edək, E.Alabanezi qələbə münasibətilə təbrik edib. O, həmçinin rəhbərlik etdiyi partiyanın sədrliyindən istefa verəcəyini də bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.