DÜNYA


Avstraliyanın yeni Baş nazirinin andiçmə mərasimi keçirilib

Tokio, 23 may, AZƏRTAC

Mayın 23-də Avstraliyanın Leyboristlər partiyasının lideri Entoni Albanezenin ölkənin yeni Baş naziri kimi andiçmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, iki gün əvvəl federal parlamentə keçirilən seçkilərdə E.Albanezenin rəhbəri olduğu partiya ən çox səs toplayıb.

Yeni Baş nazir andiçmə mərasimindən dərhal sonra QUAD liderlərinin sammitində iştirak etmək üçün Tokioya yola düşüb.

E.Albaneze bazar günü çıxışında QUAD-ın sammitinin Avstraliya üçün xüsusi prioritet daşıdığını qeyd edib: “Bu görüş bizə bütün dünyaya hökumətin dəyişməsi xəbərini çatdırmaq imkanı yaradacaq”.

Ölkənin xarici siyasətində müəyyən dəyişikliklərin olacağını qeyd edən yeni Baş nazir bunun əsasən iqlim dəyişmələrinə münasibətdə baş verəcəyini bildirib.

QUAD-ın sammitinə gəlincə isə, E.Albaneze tədbir zamanı Yaponiyanın Baş naziri Fumio Kişida, ABŞ Prezidenti Co Bayden və Hindistanın Baş naziri Narendra Modi ilə təklikdə görüşlər keçirəcəyini də qeyd edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.