DÜNYA


Avstriya Alplarında beş nəfər həlak olub

Vyana, 28 avqust, AZƏRTAC

Avstriyanın Zaltsburq əyalətinin ərazisində yerləşən Krimml massivində Mannlkarşarte zirvəsinə qalxan alpinist qrupun qəzaya uğraması nəticəsində beş nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, almaniyalı alpinistlərdən ibarət altı nəfərlik qrup dəniz səviyyəsindən təxminən 3 min metr yüksəklikdə daimi buzlaq ərazinin təhlükəli olmasını və ekstremal şəraiti nəzərə alaraq dağın zirvəsinə doğru irəliləmək fikrindən daşınıb. Yaxınlıqdakı digər alpinistlərin müşahidələrinə görə, alpinistlər dağdan enməyə çalışarkən əsas kəndir qırılıb və qrup qəzaya uğrayıb. Min metr məsafəyədək dərəyə yuvarlanan alpinistlərdən yalnız bir nəfər ağır yaralı halda xilas edilə bilib.

Avstriya polisinin məlumatına əsasən, Zaltsburq şəhərinə gətirilən alpinistin vəziyyəti ağır olduğuna görə ondan qəzanın baş verməsi səbəbləri ilə bağlı ifadə almaq hələ mümkün deyil.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.