SİYASƏT


Avstriya Azərbaycanlıları Cəmiyyəti Ulu Öndərin anım günü ilə əlaqədar aztəminatlı ailələri sevindirib

Vyana, 14 dekabr, AZƏRTAC

Avstriya Azərbaycanlıları Cəmiyyəti (AAC) xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar növbəti humanitar aksiya keçirib. Aksiya Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə baş tutub.

AAC-in sədri Fərid Əzizovun AZƏRTAC-a verdiyi məlumata görə, Cəmiyyətin bir qrup fəalı Ulu Öndərin anım günü ilə əlaqədar aztəminatlı ailələrə yardım edib. Avstriyanın Zalsburq şəhərində məskunlaşan imkansız ailələrə baş çəkən Cəmiyyətin üzvləri görüşlərdə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində tutduğu yer, onun həyatı və siyasi fəaliyyəti barədə danışıblar.

Fərid Əzizov bildirib ki, təşkilat növbəti ildə həm Azərbaycan icması üçün, həm də fəaliyyət göstərdiyi ərazidə yaşayan müxtəlif xalqların nümayəndələri, eləcə də Avstriya ictimaiyyəti üçün müxtəlif tədbirlər keçirəcək.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.