DÜNYA


“Avstriya Hava Yolları” aviaşirkəti iyunun 15-dən uçuşları bərpa edəcək

Vyana, 29 may, AZƏRTAC

“Avstriya Hava Yolları” (AUA) koronavirus pandemiyası ilə əlaqədar yaranmış üç aylıq fasilədən sonra iyunun 15-də müntəzəm reysləri bərpa edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı aviaşirkətin mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, ilkin mərhələdə Avropa daxili uçuşlar həyata keçiriləcək və artıq 37 istiqamət üzrə biletlərin satışına başlanılıb. Avropadan xaric istiqamətlərdə isə hələlik Təl-Əviv istiqamətində reyslər bərpa olunacaq.

Şirkətdən, həmçinin bildirilib ki, iyulun əvvəlindən etibarən əlavə istiqamətlər üzrə də uçuşlar açılmalıdır və hazırda uçuş cədvəli üzərində iş aparılır. Kiçik və ortamənzilli reyslərin ardınca uzaqmənzilli (kontinental) uçuşlara da başlanacaq.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.