DÜNYA


Avstriya Hindistana səfər imkanlarını minimum həddə salıb

Vyana, 2 may, AZƏRTAC

Hindistanda koronavirusa yoluxma hallarının kəskin artımı ilə əlaqədar Avstriya bu ölkə ilə səfər imkanlarını minimal həddə endirərək məhdudlaşdırıb.

AZƏRTAC xəbər verir ki, Hindistan hava limanlarından qalxan sərnişin təyyarələrinin Avstriya hava limanlarına enişi mayın 18-dək qadağan edilib. Eləcə də Hindistandan Avstriyaya yalnız Avstriya vətəndaşlarını və bu ölkədə daimi yaşayış icazəsi olan şəxslərin daxil olmasına icazə verilir. Xarici İşlər Nazirliyinin məlumatında üçüncü ölkədən (xüsusilə də Almaniyadan) keçməklə digər şəxslərin Hindistandan Avstriyaya səfərlərinin qadağan edildiyi də əksini tapıb. Hindistanla yanaşı, koronavirusun mutasiyaya uğramış variantlarının geniş yayıldığı Cənubi Afrika və Braziliya ilə bağlı sərt qaydalar qüvvəyə minib.

Avstriya Xarici İşlər Nazirliyinin təqdim etdiyi riskli ölkələr siyahısından isə bir sıra ölkələrin adları çıxarılıb. Epidemioloji vəziyyəti nəzərə alaraq, ilk Avropa İttifaqı ölkəsi kimi Finlandiyadan Avstriyaya səfər edənlərə karantin öhdəliyi tətbiq olunmayacaq. Eyni zamanda, qonşu İtaliya və Slovakiyanın adı yüksək riskli regionlar sıyahısından çıxarılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.