DÜNYA


Avstriya İtaliya ilə sərhəddə nəzarəti bərpa etmək niyyətindədir

Vyana, 3 iyul, AZƏRTAC

Almaniyada böyük koalisiya daxilində miqrant və qaçqın siyasəti ilə bağlı əldə edilən razılaşmadan sonra Avstriya hökuməti yeni vəziyyətlə əlaqədar təcili tədbirlər görməyə məcbur olub.

AZƏRTAC xəbər verir ki, Avstriyanın kansleri Sebastian Kurts Avstriya və əhalisi üçün yarana biləcək mənfi təsirlərin qarşısı vaxtında alınmalıdır. Federal kansler S.Kurts, vitse-kansler Haynts-Kristian Ştraxs və daxili işlər naziri Herbert Kiklin adından yayılan birgə bəyanatda qeyd edilir ki, Merkel-Zeehofer razılaşması Berlində bütün hökumət tərəfindən dəstəklənəcəyi təqdirdə Avstriya öz cənub sərhədlərinin mühafizəsini gücləndirməyə məcbur olacaq: “Almaniyanın məsələyə yanaşması bir daha ümumavropa xarici sərhəd mühafizəsinin nə dərəcədə vacib olduğunu sübut edir və Avstriyanın mövqeyini bir daha təsdiqləyir ki, daxili sərhədləri olmayan Avropa yalnız qorunan xarici sərhədlərlə mümkündür”.

2015-ci ildə Avropaya miqrant axınından nəticə çıxaran Avstriya uzun müddət Sloveniya, İtaliya və Almaniya ilə sərhəd-buraxılış məntəqələrində və eləcə də yaşıl sərhədlərində yoxlamalar həyata keçirirdi. Yeni vəziyyətlə əlaqədar Avstriya, ilk növbədə, İtaliya ilə sərhəddə yerləşən Brenner keçidində sərhəd nəzarətini tətbiq etmək niyyətindədir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.