DÜNYA
Avstriya Prezidenti andiçmədən sonra ilk səfərini Kiyevə edib
Vyana, 1 fevral, AZƏRTAC
İkinci müddətə Avstriyanın Federal Prezidenti seçilmiş Aleksander Van der Bellen andiçmə mərasimindən sonra ilk səfərini Kiyevə edib.
AZƏRTAC xəbər verir ki, fevralın 1-də Kiyevə yola düşən dövlət başçısı bu səfərin həmrəylik ifadə etdiyini bildirib. Onu bu səfərdə iqtisadiyyat naziri Martin Koxer və ekologiya naziri Leonore Qevessler müşayiət edirlər.
A.Van der Bellen bildirib ki, Avstriya hərbi cəhətdən neytral ölkə olsa da, bu siyasətdə də neytrallıq mənasına gəlmir və humanitar ənənələrə söykənərək, Avstriya hücuma məruz qalmış ölkəni müxtəlif sferalarda dəstəkləyir.
Səfər çərçivəsində Avstriya dövlət başçısı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək və Avstriyanın dəstəyi ilə reallaşan humanitar layihələrə baş çəkəcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]