DÜNYA


Avstriya Prezidenti ölkəsində baş vermiş casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib

Vyana, 10 noyabr, AZƏRTAC

Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ölkəsində Rusiyaya casusluq etməkdə ittiham olunan zabitlə bağlı araşdırmaların tam qüsursuz şəkildə aparılmasını tələb edib.

AZƏRTAC xəbər verir ki, Federal Prezident yerli mətbuata açıqlamasında, həmçinin casusluğun istənilən formasının qəbuledilməz olduğunu ifadə edib.

Noyabrın 9-da federal kansler Sebastian Kurts və müdafiə naziri Mario Kunasek Avstriya ordusunun təqaüddə olan polkovnikinin 20 ildən artıq müddət ərzində Rusiya üçün casusluq fəaliyyəti göstərməsini açıqlayıblar. Zaltsburq Şəhər Prokurorluğu tərəfindən barəsində cinayət işi açılan yetmiş yaşlı zabitin Müdafiə Nazirliyinin struktur planlaması şöbəsində çalışdığı bildirilir.

Mətbuatın əldə etdiyi məlumatlara əsasən, zabit Avstriya Silahlı Qüvvələrinin rəhbərliyi barədə şəxsi məlumatları, Hərbi Hava Qüvvələri və artilleriya sistemləri barədə həssas bilgiləri, eləcə də ordunun internet sistemindəki əlaqə məlumatlarını Rusiya tərəfinə ötürməkdə ittiham olunur. Eyni zamanda, NATO-nun seminar və kurslarında iştirak edən polkovnikin bu məlumatları rus kəşfiyyatına təqdim etməsi ehtimal olunur.

Rusiya Xarici İşlər Nazirliyi bu ittihamları rədd edərək, bu kimi addımların iki ölkə arasında münasibətlərə mənfi təsir göstərəcəyini bəyan edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.