Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırım. Ölkələrimiz arasında əlaqələr 26 il bundan əvvəl diplomatik münasibətlərin qurulmasından bəri xeyli inkişaf etmişdir.

Avstriyanın Avropa İttifaqı Şurasına qarşıdan gələn sədrliyinə nəzər yetirərək mən Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan ilə davamlı və səmərəli əməkdaşlığı yüksək qiymətləndirdiyimizi və dəstəklədiyimizi vurğulamaq istərdim.

Fürsətdən istifadə edərək, bu önəmli vəzifənin uğurla icrasında Sizə ən xoş arzularımı bildirir, dərin ehtiramımı izhar edirəm.

Səmimiyyətlə,

 

Aleksander Van der Bellen

Avstriya Respublikasının Federal Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin