Avstriya Rusiya ilə qeyri-formal əlaqəni qoruyub saxlayır
AzerTAg.az

Bakı, 22 may, AZƏRTAC
Avstriya Rusiya ilə qeyri-formal əlaqəni qoruyub saxlayır və Ukraynada müharibəyə baxmayaraq, Moskva ilə dialoqun davam etdirilməsini istəyir.
AZƏRTAC xəbər verir ki, Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq bunu “Die Welt” qəzetinə müsahibəsində deyib. Onun fikrincə, Qərb ölkələri Rusiya ilə danışıqları davam etdirməli və bunun üçün beynəlxalq forumlardan istifadə olunmalıdır.
Aleksander Şallenberq qeyd edib ki, Vyana qeyri-formal kanallar vasitəsilə Moskva ilə ünsiyyəti davam etdirir. “Rusiya xəritələrdən itməyib, o, Avropa İttifaqının ən böyük coğrafi qonşusu və dünyanın iri nüvə gücüdür”, - deyə nazir bildirib.
O, həmçinin vurğulayıb ki, görüşəcəkləri təqdirdə rusiyalı həmkarı Sergey Lavrovun əlini sıxmaqdan boyun qaçırmayacaq, çünki bunu diplomatik etiket qaydaları tələb edir.
Xəbərin mətnində orfoqrafik səhv var