SİYASƏT


Avstriya azərbaycanlıları diqqəti İran və Ermənistanın qanunsuz əməllərinə cəlb ediblər

Avstriya azərbaycanlıları diqqəti İran və Ermənistanın qanunsuz əməllərinə cəlb ediblər

Bakı, 28 yanvar, AZƏRTAC

Avstriyada fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin İran İslam Respublikasındakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən xain silahlı hücumu hiddətlə pisləyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Akademik Birliyi, Avstriya Azərbaycanlıları Cəmiyyəti və Zalsburq Azərbaycan Evinin yaydıqları bəyanatlarda İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmamasından dərin narahatlıq ifadə edilib.

Son vaxtlar İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətdiyinə, 27 İran vətəndaşının Laçın yolundan istifadə edərək qeyri-müəyyən məqsədlər üçün Qarabağ ərazisindəki erməni separatçılarının yanına keçdiyinə diqqət cəlb edilib.

Beynəlxalq ictimaiyyətdən ədalətli mövqe nümayiş etdirmək, regionda sabitlik əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmaq tələb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.