DÜNYA


Avstriya daha 18 ölkədən aviareyslərin qəbulundan imtina edib

Vyana, 14 iyul, AZƏRTAC

Avstriya hökuməti COVID-19 pandemiyası ilə əlaqədar riskli regionlardan hava nəqliyyatı vasitələrinin Avstriya hava limanlarına qəbulu qadağasını daha da sərtləşdirib.

AZƏRTAC xəbər verir ki, iyulun 16-dan etibarən daha 18 ölkədən sərnişin təyyarələrinin Avstriya hava limanlarına enməsi qadağan edilib. İndiyədək qadağan siyahısında 8 ölkə (Rusiya, Ukrayna, Belarus, Böyük Britaniya, Çin, Portuqaliya, İran və İsveç) və İtaliyanın Lombardiya əyaləti yer alırdı.

Avstriya Federal Səhiyyə naziri Rudolf Anşoberin yeni sərəncamına əsasən, Qərbi Balkan ölkələri, Bolqarıstan, Rumıniya, Moldova və Misir kimi ölkələrdən təyyarə reysləri ən azı iyulun sonunadək ləğv olunur. Siyahıda göstərilən ölkələrdən uçuşlara yalnız istisna hallarda mümkündür. Bu hallara Avstriya dövlətinin maraqlarına xidmət edən, eləcə də yük, xəstə, tibbi personal və vətənə geri dönən avstriyalıları daşıyan təyyarələrin Avstriya hava limanlarına enmələrinə icazə verilir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.