DÜNYA
Avstriya hökuməti rohinca qaçqınlarına yarım milyon avro maddi yardım ayıracaq
Vyana, 20 fevral, AZƏRTAC
Avstriya rohinca qaçqınlarına yarım milyon avro maddi yardım ayıracaq. Bu xəbəri hazırda Cənubi Asiya ölkələrində səfərdə olan Avstriyanın federal xarici işlər naziri Karin Knayssl təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, səfərini Banqladeşdən başlayan XİN rəhbəri Avstriya Fəlakətlərə Yardım Fondundan Banqladeşə qaçqın axını ilə bağlı dəstək üçün vəsait ayrıldığını bildirib. Avstriyanın 1971-ci ildə Banqladeşin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu qeyd edən nazir ölkəsinin buradakı qaçqın problemini diqqətdə saxladığını deyib.
Qeyd edək ki, Myanmada müsəlman rohincaların təqibi nəticəsində 2017-ci ildən bəri Banqladeşə bir milyondan artıq qaçqın gəlib.
Nazirin səfəri Nepal, Butan və Hindistanda davam edəcəkdir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]