DÜNYA


Avstriya hökumətinin tərkibində bir sıra dəyişikliklər edilib

Vyana, 4 dekabr, AZƏRTAC

Sabiq hökumət rəhbəri Sebastian Kurtsun siyasətdən getməsi ilə Avstriyada bir sıra hökumətdaxili yerdəyişmə və yeni təyinatlar baş verib.

AZƏRTAC xəbər verir ki, Federal Kansler vəzifəsindən istefa verən Aleksander Şallenberq 52 günlük kansler fəaliyyətindən sonra yenidən xarici işlər naziri vəzifəsini davam etdirəcək.

Daxili işlər naziri Karl Nehammer Avstriya Xalq Partiyasının İdarə Heyətinin yekdil qərarı ilə həm partiyaya sədrlik edəcək, həm də yeni hökumət başçısı olacaq.

Hökumətdə kadr dəyişikliyi çərçivəsində təhsil naziri də dəyişdirilib. Qrats Universitetinin rektoru Martin Polaşek indiki nazir Haynts Fasmannı əvəzləyəcək.

S.Kurtsun ən yaxın silahdaşlarından sayılan Qernot Blümelin dekabrın 2-də maliyyə naziri vəzifəsindən istefasından sonra bu vəzifəyə Aşağı Avstriya Landtaqının sədr müavini Maqnis Brunnen gətiriləcək.

Avstriya Mətbuat Agentliyinin (APA) məlumatına görə, nazirlər kabinetinin yeni tərkibinin andiçmə mərasimi dekabrın 6-da baş tutacaq.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.