İQTİSADİYYAT


Avstriya iş adamları KOBİA-nın xidmətlərindən faydalana bilərlər

Bakı, 16 may, AZƏRTAC

Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, tədbirdə hər iki ölkənin rəsmi şəxsləri və iş adamları iştirak ediblər.

Biznes forumda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin hər iki ölkənin iş adamlarının birgə biznes təşəbbüslərini dəstəkləməyə hazır olduğunu vurğulayıb. Qeyd olunub ki, KOBİA Avstriyanın müvafiq qurumları ilə sahibkarlığa dəstək sahəsində birgə təşəbbüslərin həyata keçirilməsində maraqlıdır və bu sahədə əməkdaşlıq etməyi planlaşdırır. Agentlik Azərbaycanda Avstriya iş adamlarının iştirakı ilə daha çox birgə müəssisə və layihələr görməyə ümid edir. Avstriya iş adamları Azərbaycanda biznes qurmaq və yerli KOB-larla birgə təşəbbüslərin reallaşdırılması üçün KOBİA-nın dəstək və xidmətlərindən faydalana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.