İDMAN
Avstriya millisinin baş məşqçisi Franko Foda istefa verib
Bakı, 28 mart, AZƏRTAC
Futbol üzrə Avstriya millisinin baş məşqçisi Franko Foda istefa verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstriya Futbol Federasiyası məlumat yayıb. Martın 29-da Şotlandiya millisi ilə yoldaşlıq görüşü mütəxəssis üçün son olacaq.
Qeyd edək ki, almaniyalı məşqçi 2017-ci ildən Avstriya yığmasını çalışdırır. O, komandanı “Avro 2020”nin finalına yüksəldib. Burada Avstriya millisi səkkizdəbir finalda turnirin qalibi İtaliyaya uduzub. Həmçinin yığma 2022-ci il dünya çempionatının seçmə mərhələsində pley-off mərhələsinədək yüksəlib. Lakin Avstriya yarımfinalda Uelsə məğlub olub - 1:2.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [15:19]
Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər
- 20.04.2024 [14:45]
Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
- 20.04.2024 [14:07]
Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb
- 20.04.2024 [12:39]
Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub
- 20.04.2024 [11:58]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib
- 20.04.2024 [11:33]