DÜNYA


Avstriya müxalifəti Zelenskinin müraciətinə etiraz olaraq parlamenti tərk edib

Avstriya müxalifəti Zelenskinin müraciətinə etiraz olaraq parlamenti tərk edib

Bakı, 30 mart, AZƏRTAC

Avstriyanın müxalif Azadlıq Partiyasının deputatları Ukrayna Prezidenti Volodimir Zelenskinin videomüraciətinə etiraz əlaməti olaraq parlamentin iclasını tərk edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, parlament binası qarşısında da Ukrayna liderinin çıxışına qarşı mitinq keçirilib. Onlarla etirazçı Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalarının ləğvinə çağırıb.

Volodimir Zelenski Avstriya parlamentinə müraciətində Kiyevə humanitar sahədə, enerji infrastrukturunun bərpasında və azad olunmuş ərazilərdə minaların təmizlənməsində dəstəyinə görə Vyanaya təşəkkürünü bildirib. O, həmçinin Ukraynanın minalanmış ərazilərinin Avstriyanın ərazisindən iki dəfə çox olduğunu diqqətə çatdırıb.

Ukrayna Prezidentinin Avstriya Milli Assambleyasında çıxışı parlamentin aşağı palatasının spikeri Volfqanq Sobotkanın dəvəti ilə baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.