DÜNYA


Avstriya paytaxtında keçirilən əyalət və bələdiyyə seçkilərində sosial-demokratlar qalib gəliblər

Vyana, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Avstriya paytaxtı Vyana şəhərində keçirilən əyalət və bələdiyyə seçkilərində Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, 2015-ci il seçkilərində 39,6 faiz toplayan sosial-demokratlar ilkin nəticələrə əsasən bu dəfə seçicilərin 41,8 faizinin rəğbətini qazanıblar. Seçkilər sağçı-radıkalların ağır məğlubiyyəti ilə başa çatıb, belə ki, Avstriya Azadlıq Partiyası 7,6 faiz səslə kifayətlənməli olub (2015-ci ildə 30,8 faiz). Radikallardan üz çevirən seçicilər hesabına digər partiyalar, ilk növbədə, Yaşıllar (14,4 faiz) və Avstriya Xalq Partiyası (18,7 faiz) öz mövqelərini möhkəmləndirə biliblər.

Seçkidə qələbə qazanan SPÖ partiyasının Vyana üzrə rəhbəri, Vyana şəhərinin meri və Vyana federal əyalətinin qubernatoru Mixael Ludviq yeni hökumətin qurulması üçün hansı partiya ilə koalisiya danışıqlarına gedəcəyi sualını açıq buraxıb. Ekspertlərin rəyinə görə isə, ötən beş ildə olduğu kimi, Yaşıllarla birgə hökumətin davam etdirilməsi sosial-demokratların siyasi kursuna ən uyğun variant olacaq.

Məktub vasitəsilə səsvermənin nəticələri oktyabrın 13-də elan ediləcək, lakin bu, ümumi nəticəyə ciddi təsir etməməlidir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.