ELM VƏ TƏHSİL


Avstriya universitetində “Azərbaycanda mobil marketinq” mövzusunda mühazirə oxunub

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) biznes idarəçiliyi fakültəsinin müəllimi Fuad Cəfərli Avstriyanın IMC Krems Tədbiqi Elmlər Universitetində (TEU) “IMC Beynəlxalq Magistr Günləri 2017” mövzusunda keçirilən beynəlxalq tədbirdə iştirak edib.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində TEU-da təhsil alan tələbələr üçün ilk dəfə “Azərbaycanda mobil marketinq” mövzusunda mühazirə saatı təşkil olunub.

Azərbaycan ilə yanaşı, ABŞ, Kanada, Avstriya, Almaniya, Böyük Britaniya, Çin, Latviya, Finlandiya və İsveçin müvafiq ixtisas müəllimlərinin də iştirak etdikləri tədbirdə dərslərin yeni innovativ üsullarla tədrisi istiqamətində səmərəli əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin cari il aprelin ilk günlərində ATMU üçün önəmli hadisə hesab olunan Azərbaycan-Avstriya Turizm Proqramının (AATP) 10 illik yubileyinin qeyd edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.