DÜNYA


Avstriya və Rusiya “Soçi dialoqu” adlı ictimai forum təsis edib

Vyana, 15 mart, AZƏRTAC

Avstriya və Rusiya beynəlxalq problemlərin müzakirəsi üçün “Soçi dialoqu” adlı ictimai forum təsis edib.

AZƏRTAC xəbər verir ki, martın 14-də Avstriya Prezidenti Aleksander Van der Bellen və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Vyanada keçirilən görüşdə bu barədə fikir mübadiləsi aparılıb.

Avstriya mətbuatının verdiyi məlumata görə, belə bir forumun yaradılması barədə ilkin razılıq hələ ötən ilin iyun ayında Rusiya və Avstriya dövlət başçılarının görüşündə əldə edilib. Vətəndaş cəmiyyətləri arasında qeyri-formal kommunikasiya üçün platforma rolunu oynamalı olan forumun təsisi barədə rəsmi sənəd hər iki ölkənin xarici işlər nazirləri arasında martın 12-də imzalanıb.

Avstriya Prezident Administrasiyasından verilən açıqlamada görüş zamanı Avropa İttifaqının(Aİ) sanksiyaları çərçivəsində iki ölkə arasında münasibətlər, Ukraynadakı vəziyyətlə bağlı Aİ-Rusiya əlaqələri, eləcə də Venesueladakı vəziyyət müzakirə edilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.