İDMAN
Avstriyada Premyer Liqa turnirində 3 karateçimiz bürünc medal uğrunda mübarizə aparacaq
Bakı, 29 fevral, AZƏRTAC
Avstriyanın Zalsburq şəhərində keçirilən Karate1 Premyer Liqa turnirində 3 karateçimiz bürünc medal uğrunda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə yarımfinalda qələbəni əldən verən Ayxan Mamayev (84 kq), Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (68 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar.
Turnirin birinci günündə isə karateçilərimizdən Rafiz Həsənov (67 kq) uğurla çıxış edərək finala çıxıb. Medal uğrunda döyüşlər martın 1-də keçiriləcək.
Xatırladaq ki, Azərbaycan karateçiləri fevralın 14-16-da Dubayda keçirilmiş Karate1 Premyer Liqa turnirində iki medal (Rafael Ağayev qızıl, İrina Zaretska bürünc) qazanıblar.
Premyer Liqa turnirinə martın 1-də yekun vurulacaq.