DÜNYA


Avstriyada günəşli günlərin rekord sayı qeydə alınıb

Vyana, 17 oktyabr, AZƏRTAC

Oktyabr ayının ortaları olmasına baxmayaraq, Avstriyada isti hava şəraiti hələ də davam edir.

AZƏRTAC Avstriyanın Meteorologiya və Geodinamika üzrə Mərkəzi İdarəsinə istinadla bildirir ki, meteoroloji qeydlərin aparıldığı 252 il ərzində bu il ən isti illərdən biri sayılır. Xüsusən günəşli yay günlərinin sayı bu il rekord həddə çatıb.

Ölkənin şərqində yerləşən Andau qəsəbəsində il ərzində (oktyabrın 15-dək) 127 yay günü (temperaturun 25 dərəcədən yuxarı olduğu günəşli günlər) qeydə alınıb ki, bu da 2003-cü ilin rekordunu (Laybnits şəhəri – 120 gün) geridə qoyub.

Ümumiyyətlə, 250 illik dövr ərzində 20 ən isti ildən 14-nün XXI əsrə təsadüf etməsi mütəxəssislər tərəfindən narahatlıqla qarşılanır. Geniş meşə örtüyü və Alp regionunda böyük su hövzələrinə malik olmasına, ölkədə ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirilməsinə baxmayaraq, isti illərin artması qlobal istiləşmənin nəticələrinin bu ölkədən də yan keçmədiyini göstərir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.