DÜNYA


Avstriyada ilk dəfə koronavirusdan sağalanların sayı yoluxanlardan çox olub

Vyana, 5 aprel, AZƏRTAC

Avstriyada ilk dəfə koronavirus infeksiyasından sağalanların sayı yoluxanların sayını üstələyib.

AZƏRTAC xəbər verir ki, aprelin 4-də 24 saat ərzində yeni yoluxma hallarının sayı 354, sağalma hallarının sayı isə 485 olub. İndiyədək sağalanları və infeksiyadan dünyasını dəyişənləri çıxdıqda, bu ölkədə aktiv yoluxma hallarının sayı 8832 nəfərə düşüb.

Avstriya Səhiyyə nazirliyi virusa yoluxma tendensiyanın aşağı həddə davam etməsi və hazırda gündəlik artımın 4,4 faizə düşdüyünü elan edib. Eyni zamanda, qeyd edilib ki, müsbət tendensiya arxayınlığa əsas vermir və əhali bundan sonra da məhdudiyyətlərə ciddi şəkildə əməl etməlidir.

Qeyd edilməlidir ki, ölkə üzrə yoluxma hallarının sayı 11665 nəfərə bərabərdir, hazırda 1071 pasiyent xəstəxana, digərləri isə ev şəraitində müalicə alır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.