DÜNYA


Avstriyada koronavirusun “omikron” ştamına yoluxma halı təsdiqlənib

Vyana, 29 noyabr, AZƏRTAC

Avstriyada da koronavirusun “omikron” ştamına (B.1.1.529) yoluxma halı təsdiqini tapıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Avstriyanın Səhiyyə Nazirliyi təsdiq edib. Bildirilib ki, yoluxma halı Afrikanın cənub ölkələrindən birindən səfərdən geri dönən və Tirol federal əyalətində yaşayan şəxsdə müəyyən edilib. Rəsmi qurumların rəyinə görə, ilk yoluxma halı hələ bu ştamın Avstriyada sirkulyasiya etməsi anlamına gəlmir.

Tanınmış avstriyalı epidemioloq Dorotea fon Laer açıqlamasında bildirib ki, yeni ştam barəsində indiyədək əldə edilən məlumatlar əsasında onun daha ağır formalı xəstəlik gedişatına səbəb olmasını demək mümkün deyil.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, yeni variant barədə ətraflı fikir söyləmək üçün hələ bir neçə gün zamana ehtiyac var. Bundan sonra və ölkədə bu ştama yoluxma hallarının sayı həyata keçiriləcək təhlükəsizlik tədbirləri barədə qərarlara təsir göstərəcək.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.