DÜNYA


Avstriyada pandemiya ilə bağlı qaydalar sərtləşdirilir

Vyana, 11 sentyabr, AZƏRTAC

Avstriyada koronavirusa yoluxma hallarının son həftələrdə artması ölkə üzrə bir sıra məhdudiyyətlərin tətbiqini labüd edib.

AZƏRTAC xəbər verir ki, ölkədəki epidemioloji vəziyyəti əks etdirən işıqfor sistemində daha bir neçə region (Kornoyburq, Şvats in Tirol və Viner Noyştadt rayonları və İnnsbruk şəhəri) sarı rəngdə olacaq. Bununla yanaşı bütün ölkə üzrə qapalı məkanlarda keçirilən tədbirlərə qatılan insanların sayı 2500, açıq məkanlarda isə 500 nəfərlə məhdudlaşdırılır. Əgər qapalı məkanlardakı tədbirlərdə hər bir iştirakçının konkret yerdə oturmasını təmin etmək mümkün deyilsə, bu zaman iştirakçı sayı maksimum 100 nəfər ola bilər. Bundan başqa supermarket, aptek və banklarda tətbiq edilən maska öhdəliyi bütün qapalı məkanlara şamil ediləcək.

Yoluxma hallarının sürətlə artması hökumətin yaxın günlərdə əlavə məhdudiyyətləri gündəmə gətirəcəyini söyləməyə əsas verir.

Qeyd edilməlidir ki, Avstriyada gündəlik yoluxma halları 716-ya çatıb. Bununla da ölkə üzrə aktiv xəstələrin sayı 4456 nəfərdir, onlardan 205 nəfəri xəstəxanada müalicə alır.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.