İDMAN


Avstriyada qitə kubokunda qadın cüdoçularımız mübarizəyə başlayıblar

Bakı, 16 fevral, AZƏRTAC 

Fevralın 16-da Avstriyanın Overvart şəhərində qadın cüdoçular arasında Avropa kuboku yarışları start götürüb.

AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, yarışda ölkəmizi üç cüdoçu təmsil edir. Şəfəq Həmidovanın (48 kq) ilk rəqibi belçikalı Ellen Salensdir. Nuriyyə Axundova (63 kq) çexiyalı idmançı Mikaela Kulikova ilə mübarizə aparacaq. Günel Həsənli (70 kq) isə alman Nina Agneta Ricken ilə qüvvəsini sınayacaq.

Turnirdə 35 ölkədən 209 idmançı mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.