DÜNYA
Avstriyada rusiyalı oliqarxların sərvəti dondurulub
Vyana, 27 iyun, AZƏRTAC
Avstriya Daxili İşlər Nazirliyi rusiyalı oliqarxlara məxsus 1,5 milyard avro dəyərində sərvətin dondurulduğunu elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstriyanın daxili işlər naziri Qerhard Karner məlumat verib. O, bu məsələ ilə bağlı müvafiq işçi qrupun yüksək peşəkarlıq və dəqiqliklə göstərdiyi fəaliyyəti təqdir edib. İşçi qrupun hesabatına əsasən, həmçinin daşınmaz əmlak reyestrlərində rusiyalı oliqarxlara məxsus dəyəri ikirəqəmli milyonlarla ölçülən mülklər üzərinə həbs qoyulub.
Avstriya Daxili İşlər Nazirliyinin məlumatına görə, Avropa İttifaqının qəbul etdiyi sanksiya paketləri nəticəsində bu ilin fevralından indiyədək Rusiyadan olan 1175 şəxsə və bu ölkəyə məxsus 101 təşkilata sanksiya tətbiq olunub, on milyard avro dəyərində sərvət müsadirə edilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [13:27]
Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək
- 20.04.2024 [11:51]
Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb
- 20.04.2024 [11:29]
Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib
- 20.04.2024 [11:27]
ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır
- 20.04.2024 [11:24]
Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb
- 20.04.2024 [11:15]
ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır
- 20.04.2024 [11:05]