MƏDƏNİYYƏT


Avstriyada yaşayan soydaşımız “Qarabağ marşı” bəstələyib

Vyana, 12 oktyabr, AZƏRTAC 

Avstriyada yaşayan gənc bəstəkar Aria Torkanbouri Ermənistanın işğalçılıq siyasətinə qarşı Vətən müharibəsində rəşadətlə döyüşərək düşmənə sarsıdıcı zərbələr vuran müzəffər Azərbaycan Ordusuna ithaf olunan “Qarabağ marşı” adlı mahnı bəstələyib.

AZƏRTAC xəbər verir ki, şair Azəryar Danışvərin sözlərinə bəstələnmiş milli-vətənpərvərlik ruhundakı əsər Azərbaycan xalqının əzəli torpaqlarına, qədim Qarabağ yurduna qovuşmaq istəyini təcəssüm etdirir.

Gənc bəstəkar bildirib ki, son həftələrdə baş verən hadisələri yaxında izləyərkən xalqımızın və ordumuzun qəlbən yanında olduğumu ifadə etmək və əsgərlərimizi yeni qələbələrə ruhlandırmaq üçün əsər bəstələmək qərarına gəlib. “Qarabağ marşı”nı Vyana Rixard Vaqner Konservatoriyasının tələbəsi Fərhad Soltani səsləndirib.

Simfonik orkestr üçün bəstələnmiş marş bu misralarla bitir:

Qarabağ Yurdumun ürəyidir,

Diləyi xalqımın diləyidir.

Ayrılarmı könül candan?

Ayrılmaz ki Azərbaycan

Qarabağdan, Qarabağdan, Qarabağdan!

“Qarabağ marşı”nı aşağıdakı link vasitəsilə dinləmək mümkündür:

https://www.youtube.com/watch?feature=youtu.be&v=z1VGrRH6BX4&app=desktop

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.