İDMAN


Avstriyalı gimnast: Bakıda keçirilən bütün turnirlər yüksək təşkilatçılığı ilə seçilir

Bakı, 18 may, AZƏRTAC

Çempionatdakı çıxışımdan razı qaldım. Düzdür, bəzi səhvlərə yol verdim. Lakin finalda həmin səhvlərimi düzəltməyə çalışacağam. Avropa çempionatı qitənin ən nüfuzlu turnirlərindən biridir. Ümid edirəm ki, bu çempionatda uğur qazanacağam.

Bunu bədii gimnastika üzrə Avropa çempionatında iştirak edən avstriyalı gimnast Nikol Rupreçt AZƏRTAC-a müsahibəsində deyib.

Bakıdakı yarışlarda dəfələrlə iştirak etdiyini vurğulayan gimnast deyib. “Azərbaycan paytaxtındakı yarışlarda dəfələrlə iştirak etmişəm. Bakıda keçirilən turnirlərin hamısı yüksək təşkilatçılığı ilə seçilir”.

Mayın 19-da yekun vurulacaq çempionata 35 ölkədən gimnastlar qatılıblar.

Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.