İDMAN


Avstriyalı mütəxəssis AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinə sədr təyin olunub

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, aparılmış müzakirələrdən sonra AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturu dəyişdirilib. Avstriyalı mütəxəssis, sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı Fritz Stuçlik yeni strukturun rəhbəri təyin olunub. Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərəcək. Komitə birbaşa AFFA-nın İcraiyyə Komitəsinə tabedir və rübdə 1 dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə edəcək.

Klubların lisenziyalaşdırılması prosesi ilə bağlı əvəzedici komandanın yarışlarda iştirakı meyarının “A” dərəcəsindən “B” dərəcəsinə keçirilməsi təklifi qəbul olunub. Meyarın tələbini yerinə yetiriməyən klublara cərimə tətbiq olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.