DÜNYA


Avstriyalı siyasətçi hökumətdən Culian Assanja siyasi sığınacaq verilməsini tələb edib

Vyana, 13 aprel, AZƏRTAC

Avstriyalı siyasətçi Peter Pilts hökumətdən aprelin 11-də Londonda həbs edilən “WikiLeaks” saytının yaradıcısı Culian Assanja siyasi sığınacaq verilməsini tələb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Piltsin siyahısı” partiyasına rəhbərlik edən P.Pilts Avstriya parlamentində bəyan edib. O bildirib ki, tədqiqat jurnalistikası ilə məşğul olan Assanjın ABŞ-a təhvil verilməsinin qarşısı hər vəchlə alınmalıdır. O, hüquq ekspertlərinin fikirlərinə istinad edərək, həmçinin deyib ki, Assanjın işi London məhkəmələrində illərlə davam edə bilər və yekunda Avropa İnsan Haqları Məhkəməsi bu məsələyə cəlb olunacaq.

P.Piltsə görə, “müharibə cinayətlərinin üstünü açan şəxsi müharibə cinayətlərini törədənlərə təhvil vermək olmaz”.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.