SİYASƏT


Avstriyanın APA informasiya agentliyi 75 illik yubileyini qeyd edib

Yubiley tədbirində Avropa Xəbər Agentlikləri Alyansının üzvü AZƏRTAC da təmsil olunub

Vyana, 7 oktyabr, AZƏRTAC

Avstriyanın APA xəbər agentliyinin 75 illiyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bununla bağlı təşkil edilən tədbirdə Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen, parlament üzvləri, həmçinin Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv agentliklərin rəhbərləri və nümayəndələri iştirak ediblər. Tədbirdə Alyansın üzvü AZƏRTAC da təmsil olunub.

Federal Prezident çıxışında APA-nı Avstriyanın bir nömrəli xəbər mənbəyi adlandıraraq onun liberal demokratiyanın özəyi olduğunu bildirərək deyib: “Yeni informasiya məkanında xəbər agentliklərinin rolu önəmlidir. Çünki getdikcə biz faktlara əsaslanan doğru-dürüst xəbərlərə daha çox ehtiyac duyuruq”.

Agentliyin prezidenti Klemens Piq jurnalistika ənənələrinə sadiq qalmaqla fəaliyyətlərini media bazarı üçün rəqəmsal həlləri genişləndirməklə davam etdirəcəklərini qeyd edib. “Çünki informasiya texnologiyalarına tələbat getdikcə artır və APA da buna reaksiya verir. Bizim media qurumları arasında videoplatformamız və "Austria kiosk" kimi rəqəmsal qəzet köşkümüz maraqla qarşılanır”, - deyə o bildirib.

Qeyd edək ki, APA agentliyi 1946-cı il sentyabrın 1-də fəaliyyətə başlayıb. Agentlik ölkədəki qəzetlər tərəfindən yaradılıb. Hazırda agentlik “APA-Comm”, “APA-IT” və “APA-PictureDesk” kimi törəmə şirkətlərə sahibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.