İDMAN


Avstriyanın “Red Bull Racing” komandası yeni bolidini nümayiş etdirib

Bakı, 13 fevral, AZƏRTAC

Avstriyanın “Red Bull Racing” komandası Formula 1 üzrə dünya çempionatının 2020-ci il mövsümü üçün yeni bolidini nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, ənənəvi sarı-qırmızı-qara rəngli avtomobildə keçənilki modeldən fərqli olaraq aerodinamik göstəriciləri yaxşılaşdırmaq üçün ön hissəsində dəyişiklik edilib.

“Red Bull Racing” komandası 2019-cu ildə Konstruktorlar Kubokunda “Mercedes” və “Ferrari”dən sonra üçüncü yerdə qərarlaşıb. Komandaya bu uğuru niderlandlı pilot Maks Ferstappen və tailandlı sürücü Aleksander Albon qazandırıblar.

Qeyd edək ki, bundan əvvəl İtaliyanın “Ferrari” komandası yeni bolidini təqdim edib. Fevralın 13-də “McLaren”, bir gün sonra “Mercedes”, “Alfa Tauri” klubları da yeni avtomobillərini nümayiş etdirəcəklər. “Racing Point” və “Williams” komandalarının avtomobillərinin təqdimatı isə fevralın 17-də baş tutacaq. Komandalardan ikisi – “Alfa Romeo” və “Haas” təqdimat mərasimlərinin yeri kimi mövsümqabağı ilk test yarışlarının keçiriləcəyi Barselona şəhərini seçiblər.

Xatırladaq ki, Formula 1 mövsümünün birinci Qran-Prisi martın 13-15-də Avstraliyada keçiriləcək. Formula 1 üzrə Azərbaycan Qran-Prisi isə iyunun 5-7-də Bakı şəhər halqasında təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.