DÜNYA


Avstriyanın maliyyə naziri İtaliya hökumətini öz büdcə layihəsinə aydınlıq gətirməyə çağırıb

Roma, 6 oktyabr, AZƏRTAC

Aydınlıq gətirməyə ehtiyac var. Üzv dövlətlər arasında debatlar mövcuddur, çünki “Avroqrup” valyuta birliyidir.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu sözləri Avstriyanın maliyyə naziri və ECOFIN-in (Avropa İttifaqının iqtisadiyyat və maliyyə məsələləri şurası) sədri Hartviq Löger bildirib.

“Biz hamımız bu ailəyə daxilik və sabitlik məsələsini birlikdə həll edirik. Əgər qaydalar varsa, onlara hörmətlə yanaşılmalıdır”, - deyən nazir İtaliya hökumətini öz büdcə layihəsinə aydınlıq gətirməyə çağırıb.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.