DÜNYA


Avstriyanın sabiq federal kansleri siyasətdən getdiyini açıqlayıb

Vyana, 2 dekabr, AZƏRTAC

Avstriyanın sabiq hökumət rəhbəri, hazırda parlamentdə Avstriya Xalq Partiyası (ÖVP) fraksiyasının sədri Sebastian Kurts siyasətdən getdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, oktyabrın 9-da federal kansler vəzifəsindən istefa verən S. Kurts bütün siyasi postlarından geri çəkilməsini ailə vəziyyəti ilə izah edib. Bir neçə gün əvvəl övladının dünyaya gəldiyini bildirən 35 yaşlı siyasətçi artıq vaxtını ailəsinə və qeyri-siyasi fəaliyyətə həsr etmək niyyətində olduğunu bəyan edib. Onun sözlərinə görə, son 10 il ərzində dövlət katibi, xarici işlər naziri və federal kansler vəzifələrində çalışarkən bütün diqqətini siyasi fəaliyyətinə yönəldib və son günlərdə həyatında baş verən dəyişikliklər onu siyasətdən kənarlaşmağın vacibliyinə inandırıb.

S. Kurts siyasətlə vidalaşmasını, həmçinin ona qarşı qaldırılan korrupsiya ittihamları ilə əlaqələndirib. Bildirib ki, onun şəxsinə qarşı qaldırılan bütün ittihamları məhkəmə qarşısında cavablandırmağa və onların əsassız olduğunu isbat etməyə hazırdır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.