DÜNYA


Avstriyanın sosial-demokratları Avropa Parlamentinə seçkilər üçün namizəd siyahısını müəyyənləşdirib

Vyana, 26 noyabr, AZƏRTAC

Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) gələn ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilər üçün namizəd siyahısını təsdiq edib.

AZƏRTAC xəbər verir ki, partiyanın namizəd siyahısına ölkə parlamentində keçmiş fraksiya rəhbəri Andreas Şider başçılıq edəcək. Hazırda partiyanın Avropa Parlamentində nümayəndə heyətinin rəhbəri Evelin Reqner siyahıda ikinci yerdədir.

Partiyanın yeni seçilmiş sədri Pamela Rendi-Vaqner çıxışında hazırkı koalisiyalı hökuməti ciddi tənqid edərək, hökumətin miqrasiya məsələsində uğursuzluğa düçar olduğunu vurğulayıb. O bildirib ki, hazırda Aİ Şurasına sədrlik edən Avstriya Avropa müstəvisində bu problemin həlli üçün yetərincə işlər görməyib və bu məsələ ölkələrin təkbaşına fəaliyyəti ilə deyil, yalnız beynəlxalq əməkdaşlıq çərçivəsində həllini tapa bilər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.