Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Avto Fm radiosunda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Zəfər yolunun memarı” verilişi yayımlanıb

Avto Fm radiosunda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Zəfər yolunun memarı” verilişi yayımlanıb

Bakı, 12 dekabr, AZƏRTAC

Avto Fm radiosunda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Zəfər yolunun memarı” verilişi yayımlanıb. Verilişdə ulu öndər Heydər Əliyevin Azərbaycanın ordu quruculuğundakı misilsiz xidmətlərindən, Azərbaycanın əsgər və zabitləri haqqında söylədiyi fikirlərdən bəhs edilib.

AZƏRTAC xəbər verir ki, bununla yanaşı, proqramda ümummilli lider Heydər Əliyevin ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarının düşmən tapdağında qalmayacağına və qələbənin Azərbaycan Ordusunun olacağına dair fikirləri yer alıb.

Ümummilli lider Heydər Əliyev: “Orduda xidmət etməkdən, Vətənin müdafiə etməkdən şərəfli peşə, şərəfli sənət yoxdur. Siz bu, şərəfli peşənin, sənətin sahibisiniz. Bu, yolu tutmusunuz. Bu, yol çox hörmətli yoldur, mötəbər yoldur və bütün Azərbaycan xalqı bu yolu tutan öz övladlarına daim minnətdar olacaqdır”.

Azərbaycan Ordusunun hər bir uğuru onun üçün gələcəkdə qazanılacaq qələbələrin müjdəsi idi. O, Azərbaycan əsgərinin qəhrəmanlığına, şücaətinə bütün səmimiyyəti ilə inanırdı. İnanırdı ki, o gün mütləq gələcək. Azərbaycan Ordusu bir gün mütləq zəfər sevincini canı qədər sevdiyi xalqına yaşadacaq. Bəli, uzaqgörən siyasətçi, ümummilli lider, böyük şəxsiyyət Heydər Əliyevin növbəti anım günündəyik. Amma bu dəfə daha alnıaçıq, daha məğrur və daha fəxarətliyik.

Ümummilli lider Heydər Əliyev: “Mən şübhə etmirəm ki, sizin hər birinizdə döyüşdə qalib gəlmək arzusu var. Əgər belə olmasa idi, siz burada olmaz idiniz. Bir halda ki, siz buradasınız və düşmənlə üzbəüz, ön mövqelərdə durmusunuz, siz gərək elə edəsiniz ki, bu, fəaliyyətinizi müvəffəqiyyətlə başa çatdırasınız. Mən əminəm ki, belə də olacaqdır. Sizin hamınıza cansağlığı arzu edirəm, xoşbəxtlik arzu edirəm. Azərbaycan xalqının adət və ənənələri, zəngin tarixi, zəngin mədəniyyəti, böyük keçmişi və ondan da gözəl gələcəyi sizləri rurhlandırsın. Sizi daha da vətənpərvər etsin. Sizdə döyüş ruhunu daha da artırsın. Siz böyük məsuliyyət daşıyırsınız. Mən istərdim ki, həmişə bu, məsuliyyətin zirvəsində olasınız. Bir daha sizin hamınıza can sağlığı arzu edirəm, döyüşlərdə uğurlar diləyirəm, qəhrəmanlıq arzu edirəm və hər birinizi Azərbaycan xalqının milli qəhrəmanı kimi görmək istəyirəm”.

Hər bir Azərbaycan əsgəri onun üçün bir qəhrəman idi. Uzaqgörən siyasətçi ifadə etdiyi hər bir fikri ilə sanki gələcəyi hədəf alır, istiqamət verir və nəticələri yüksək peşəkarlıqla dəyərləndirirdi. İstəyirdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, danışıqlar yolu ilə hər şey öz həllini tapa bilsin, amma danışıqların fayda verməyəcəyindən və Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağından əmin idi.

Ümummilli lider Heydər Əliyev: “Biz müharibə aparmaq istəmirik və müharibəni biz başlamamışıq. Bu gün də baxmayaraq ki, erməni silahlı qüvvələri, Ermənistan Azərbaycana böyük zərərlər veribdir, yenə də biz müharibədən sülh yolu ilə çıxmağın tərəfdarıyıq. Danışıqlar aparırıq və danışıqlarımızı da davam etdirəcəyik. Ancaq eyni zamanda, bu, danışıqların müvəffəqiyyətli olması üçün nəticəli olması üçün gərək bizim hərbi gücümüz olsun. Onlar sülh yolu ilə bizim torpaqlardan çəkilib getməsələr, Azərbaycan Ordusu, Azərbaycan xalqı öz torpaqlarını, öz gücü ilə azad etməyə qadirdir”.

Uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun əsasında peşəkar zabit kadrlarının hazırlanmasının dayandığını gözəl bilirdi. Odur ki, Heydər Əliyev hələ Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda bu istiqamətdə böyük işlər görür.

Ümummilli lider Heydər Əliyev: “70-ci ildən başlayaraq, Azərbaycan o vaxt Sovetlər İttifaqının tərkibində olduğu bir dövrdə mən Azərbaycanın başçısı kimi Azərbaycan gənclərinin orduda xidmət etməsi üçün çox tədbirlər həyata keçirməyə çalışırdım. Bu lazım idi, ancaq bunun zəruriliyini bu gün artıq hamı görür. Azərbaycan xalqı həyatın bütün sahələrində olan bütün peşələrə sahib olmalıdır. Ola bilməzdi ki, Azərbaycanın gözəl alimləri olsun, gözəl bəstəkarları olsun, gözəl şairləri olsun, gözəl müğənniləri olsun, gözəl mühəndisləri olsun, gözəl netçiləri olsun, ancaq layiqli zabitləri, layiqli əsgərləri, layiqli hərbi mütəxəsisləri olmasın”.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Cəmşid Naxşıvanski adına hərbi məktəb yaradılır. Bu məktəbin yaranması ilə Azərbaycanda peşəkar hərbçilərin hazırlnmasına başlanılır. Təsadüfi deyil ki, məhz bu təhsil ocağının yetişdirdiyi kadrlar öz şücaətləri ilə Birici Qarabağ savaşında böyük qəhrəmanlıqlar göstərir. Bu, igidliyin təməlində isə Vətənimizə, xalqımıza doğma el-obamıza məhəbbət dayanır.

Ümummilli lider Heydər Əliyev: “Vətəni qorumaq - öz ana torpağını, elini, obasını, yurdunu qorumaqdır. Vətənini qorumaq - öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq - öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixi mənəviyyatını, əsrlərboyu əldə etmiş milli mədəniyyətini, əsrlərboyu əldə etmiş milli iftixarını qorumaqdır. Bu, şərəfli yoldur. Bu, şərəfli vəzifədir. Ona görə də nə qədər çətin olsa da, nə qədər ağır olsa da, siz bu yolla getməlisiniz”.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə də yenicə istiqlaliyyət qazamış bir ölkənin iqtisadiyyatını dünya səviyyəsində yüksəltəmək üçün böyük işlər görürdü. İri layihələrə imza atır, güclü dövlətin, güclü ordunun əsasında güclü iqtisadiyyatın dayandığını böyük uzaqgörənliklə başa düşürdü. Məhz onun qurduğu bu siyasi xəttin daha sonra da uğurla davam etdirilməsi Azərbaycan Ordusunu günbəgün zəfərə daha da yaxılaşdırırdı. Heydər Əliyev Azərbaycanın gələcəyini yalnız torpaqlarımızn işğaldan azad edilməsində görürdü.

Ümummilli lider Heydər Əliyev: “Zabitlərimizin, əsgərlərimizin hərbi peşəni daha da yaxşı mənimsəməsini təşkil edərək gələcək günlər üçün yaxşı əsas yaradaq. Gələcək günlər bizim və sizin üçün hamımız üçün birdir – işğal olunmuş torpaqlar azad olunmalıdır”.

Heydər Əliyev işğal altına olan hər bir rayonu, hər bir şəhəri böyük ürəkağrısı ilə xatırlayırdı. Füsunkar təbiəti ilə dillər əzbəri olan Kəlbəcər onun işğaldan azad olunmasını səbrsizliklə gözlədiyi ərazilərdən biri idi.

Ümummilli lider Heydər Əliyev: “Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir. Çox zəngin təbiəti, tarixi abidələri ilə Azərbaycan torpağının qədim dövrlərdən indiyə qədər tarixini öz qəlbində, öz sinəsində, öz qoynunda saxlayan Azərbaycanın ərazisinin bir hissəsidir. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, iqliminin gözəlliyinə görə, həm də Kəlbəcərdə yaşayan insanların fədakarlığına görə həmişə respublikamızda hörmət, ehtiram içində olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz parçasıdır, ayrılmaz bir hissəsidir və heç şübhə yoxdur ki, o, gün gələcəkdir ki, Kəlbəcər rayounu erməni silahlı qüvvələrinin işğalından azad olunacaqdır və Kəlbəcərin vətəndaşları, Kəlbəcərin sakinləri, bizim soydaşlarımız öz yerlərinə qayıdacaqdır”.

Ermənilərin işğalda saxladıqları ərazilərimdən danışarkən Heydər Əliyev Şuşadan xüsusilə söz açardı. Çünki məhz Heydər Əliyev Sovet illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda ermənilər tərəfindən dəfələrlə dağıntılara məruz qalan Şuşanı yenidən bərpa etdirir və öz tarixi dəyərini növbəti dəfə özünə qaytarır.

Ümummilli lider Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Azərbaycan torpağının Qarabağda daimi qorunması, saxlanması üçün Şuşa şəhərini yaradıblar, Şuşa qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, bizim əcdadlarımızın yaratdığı böyük abidədir, bir şəhər deyil, tarixi bir abidədir. Bu, şəhərin ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik olan böyük mədəniyyəti, böyük mədəni irsi, böyük qəhrəmanlıq nümunələri yaranıb. Ona görə də Şuşa tək bir şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün əziz bir şəhərdir, əziz torpaqdır, əziz qaladır, əziz abidədir. Şuşanı 1905-ci ildə də yandırıblar, dağıdıblar, 1907-ci ildə də, 1920-ci ildə də. 1920-ci ildə Şuşanın başına gələn bəlalar çox dəhşətli olub. Ancaq təəssüflər olsun ki, on illər keçsə də Şuşanın o evləri, binaları dağılmış vəziyyətdə, yanmış vəziyyətdə qalırdı. 1969-cu ildə mən Azərbaycana rəhbər seçiləndən sonra ilk addımlarımdan biri Şuşanı abadlaşdırmaq, 1920-ci ildə Şuşanın başına gəlmiş hadisələrin izlərini tamamilə ləğv etmək, dağıdılmış, yandırılmış evləri bərpa etmək və eyni zamanda, Şuşanın tarixi abidələrini qoruyub saxlamaq, onları bərpa etmək, Şuşanı böyük muzeyə çevirmək idi. Həqiqətən də, Şuşa, eyni zamanda, vahid bir muzeydir. Azərbaycan xalqının tarixinin böyük bir hissəsini əks etdirən, Azərbaycan mədəniyyətinin, Azərbaycan elminin böyük bir hissəsini əks etdirən böyük bir muzeydir”.

Böyük şəxsiyyət zəfərə gedən yolun böyük çətinlikərdən keçdiyini də gözəl bilirdi. Bu yolda qazilərin, şəhidlərin olacağını da anlayırdı. Azərbaycan Ordusunun hər bir əsgəri onun üçün öz doğma övladı qədər əziz və dəyərli idi.

Ümummilli lider Heydər Əliyev: “Qanlı döyüşlərdə Azərbaycan torpaqlarını müdafiə edərək Azərbaycan əsgərləri, zabitləri, Azərbaycan övladları həlak olublar, şəhid olublar. Sizin qarşınızda çıxış edərək mən bir daha bəyan edirəm ki, şəhidlərin ruhu qarşısında baş əyirəm və bütün Azərbaycan xalqını əmin edirəm ki, şəhidlərin qəhrəmanlığı, rəşadəti heç vaxt unudulmayacaq”.

Bu gün o gündür! Uzaqgörən liderin siyasi kursunun böyük uğurla davam etdirilərək zəfərə imza atıldığı gündür. Müzəffər Ali Baş Komandanın müzəffər ordusu ilə qələbə qazandığı gün! Ümumilli Liderin ən böyük arzusunun gerçəkləşdiyi -Azərbaycanın ərazi bütövlüyünun bərpa edildiyi gündür!

Müzəffər Ali Baş Komandan İlham Əliyev: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin qəbrini ziyarət etdim. Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdim. Bu, böyük qələbədir. Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

 Verilişi bu linkdən - https://youtu.be/ztzDzlgSvEA izləyə bilərsiniz

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib